<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Sən mənim Göylərdə olan Atamsan İL108</title>
<lyrics>[V1]
 Sən mənim Göylərdə olan Atamsan,
 Hər yerdə, hər zaman qayğıma qalansan.
 Səhvlərimə dözüb, mərhəmətlə sevib,
 Günahımı anmadan bağışlayansan.

[C1]
   Sevirəm Səni mən bütün canımla,
   Sevirəm Səni mən bütün varlığımla.
   Artır bu məhəbbəti, alışdır bu ürəyimi,
   Əziz Atam.

[V2]
 Məni elə böyük məhəbbətlə sevdin,
 Sonsuz yüksəkliklərdən belə söylədin:
 «Gəl, mənim övladım, gəl, birlikdə olaq,
 Hər nəyim varsa, səninlə şərik olaq».

[V3]
 Öyrət Sənin sevdiyin tək sevməyi,
 Öyrət Səni necə sevindirməyi.
 Öyrət Səninlə sakit dualarda
 Görüşüb səsini dinləməyi.

[V4]
 Sən mənim sevimli, əziz Atamsan,
 Ömrümün mənası, ruhuma dayaqsan.
 Sənsiz heçdir insan qaranlıq dünyada,
 Ümidsiz, arxasız, yazıqdır insan.

[C2]
   Sən mənim dayağım, Sən mənim qayamsan,
   Sən mənim rahatlığım, ruhuma çıraqsan.
   Sən mənim Atamsan, Sən mənim Ağamsan,
   Əziz Atam.</lyrics>
<hymn_number>108</hymn_number>
</song>